İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov və Nəriman Əkbərlə görüşdü - VİDEO

2110 15.12.2025 13:58 Gündəm A A

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov və Nəriman Axundzadə sığınacaqda yaşayan azyaşlı Əkbər Zülfüqarovla görüşüblər.

Musavat.com-un məlumatına görə, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki sığınacaq videogörüntülər yayıb.

Görüş zamanı Qurban Qurbanov və Nəriman Axundzadə Əkbər üçün imza da veriblər.

Xatırladaq ki, azyaşlı Əkbər Zülfüqarov sığınacaqda yaşayır. O, Bakıda keçirilən "Qarabağ" - "Ayaks" (2:4) oyununu izləmək üçün icazə alaraq, sığınacaqda təkbaşına oyunu izləyib. Bu anların videogörüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Bundan sonra Əkbər "Qarabağ"ın dünənki oyununu izləmək üçün dəvət olunub, futbolçularla görüşmək üçün şərait yaradılıb.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR