ABŞ-ın Yaxın Şərqə topladığı hərbi qüvvələr İranla davamlı anlaşma əldə olunana qədər orada qalacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donlad Tramp deyib.
Onun sözlərinə görə, ABŞ qüvvələri atəşkəs müqaviləsinin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaq.
Ağ Ev rəhbəri vurğulayıb ki, ABŞ gəmiləri, təyyarələri və qoşunları müqavilə tam yerinə yetirilənə qədər İranın yaxınlığında yerləşəcək.
Trampın sözlərinə görə, Tehranla Vaşinqton nüvə proqramı və Hörmüzlə bağlı razılığa gəliblər.
O, xəbərdarlıq edib ki, əgər davamlı sülhü təmin edəcək anlaşmaya nail olunmazsa, daha genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq.
Musavat.com






