Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings" Azərbaycanda neft hasilatının yaxın illərdə tədricən azalacağını proqnozlaşdırıb.
Musavat.com xəbər verir ki, agentliyin hesabatına görə, 2026-cı ildə ölkədə hasilatın daha bir müddət geriləməsi gözlənilir.
Məlumata əsasən, 2025-ci ilin ilk 10 ayında neft hasilatı 4,6% azalaraq sutkada təxminən 556 min barrelə düşüb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 27 min barrel/sutka azalma deməkdir. S&P bildirib ki, bu tendensiya növbəti illərdə də davam edəcək.
Agentlik həmçinin qeyd edib ki, 2026-cı ildə qaz hasilatı hazırkı səviyyədə sabit qalacaq və ciddi dəyişiklik gözlənilmir.
S&P-nin açıqlamasına görə, hasilat azalması əsasən yataqların təbii tükənməsi, köhnələn infrastruktur və yeni böyük layihələrin olmaması ilə əlaqələndirilir.
Musavat.com






