İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak Zelenskinin yanında işə başladı

2074 27.02.2026 21:40 Dünya A A

Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “The Independent” nəşri yayıb. Bildirilir ki, Sunak Ukrayna prezidentinə iqtisadi bərpa məsələləri üzrə dəstək göstərən beynəlxalq məsləhətçi qrupunun tərkibinə daxil edilib.

Məlumata görə, sabiq britaniyalı hökumət başçısı Ukraynanın müharibədən sonrakı yenidənqurma strategiyasının hazırlanmasında, maliyyə sabitliyinin möhkəmləndirilməsində və xarici investisiyaların cəlb olunmasında tövsiyələr verəcək. Xüsusilə London maliyyə dairələri ilə əlaqələrin gücləndirilməsi istiqamətində onun təcrübəsinin vacib rol oynayacağı vurğulanır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR