İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan: Müharibənin əsas səbəbi Köçəryan–Sarkisyan dövründə artan hərbi fərq idi

994 03.12.2025 14:21 Dünya A A

44 günlük müharibənin başlanmasına iki əsas səbəb vardı.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndəsi Ruben Rubinyan bildirib.

Rubinyan xatırladıb ki, hələ 2018-ci ildə Serj Sarkisyan danışıqların dalana dirəndiyini və Azərbaycanın hərbi gücə əl atmaq ehtimalının yüksək olduğunu deyirdi. Onun sözlərinə görə, müharibəyə aparan ilk və ən mühüm səbəb hərbi büdcələrdə yaranmış kəskin uçurum idi:

“1998-ci ildə Ermənistan və Azərbaycanın hərbi büdcələri demək olar ki, bərabər idi. Robert Köçəryan prezidentliyi bitirəndə fərq artıq 1:5 nisbətində Azərbaycanın xeyrinə idi. Serj Sarkisyan dövründə bu fərq daha da artdı və biz həmin uçurumu miras aldıq. Paralel olaraq Koçaryan və Sarkisyan ailələrinin şəxsi büdcələri böyüyürdü”.

İkinci səbəb kimi Rubinyan danışıqlar paketinin təbiətini göstərib: ilkin gündəlik yeddi rayonun Azərbaycana qaytarılması və Qarabağın statusunun qeyri-müəyyənliyi üzərində qurulmuşdu.

Rubinyan deyib ki, Qarabağın gələcək statusu üzrə heç vaxt aydın mexanizm olmayıb və beynəlxalq ictimaiyyət həmin dövrdə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edirdi. Onun sözlərinə görə, hər növbəti sənəd Azərbaycanın maraqlarına daha çox uyğunlaşırdı:

“Tək bir sənəd var idi ki, ən azı bir tərəf – Ermənistan – ona razı idi. Bu, Kazan sənədi idi. Azərbaycan isə heç bir sənədə razılıq verməmişdi ki, Ermənistan onu rədd etmiş olsun”.

Vitse-spiker əlavə edib ki, Sarkisyan özü 2018-ci il sənədinin Ermənistan üçün real ərazi güzəştləri nəzərdə tutduğunu, lakin Azərbaycanın güzəşt etmədiyini etiraf edirdi.

Rubinyanın sözlərinə görə, müxalifətin “xəyanət” ittihamları məntiqsizdir:

“Əgər o sənədlər yaxşı idisə, niyə 2016-cı ildə qəbul etmədiniz? Pis idisə, niyə indi bizi günahlandırırsınız?”

O hesab edir ki, güzəştlər istənilən halda qaçılmaz idi və müharibə daha pis start mövqelərindən baş verə bilərdi.

Ki-Vest sənədi ilə bağlı sualı Rubinyan “L.Ter-Petrosyan – R.Koçaryan – S.Sarkisyan ‘məhəbbət üçbucağı’na” aid etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR