ABŞ Ukraynadakı müharibənin dayandırılmasında maraqlıdır və bu istiqamətdə bütün imkanlardan istifadə etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Budapeştdə keçirilən mətbuat konfransında bildirib.
Rubionun sözlərinə görə, ABŞ dünyada hər iki tərəfi danışıqlar masası arxasına əyləşdirə biləcək yeganə ölkədir.
“Birləşmiş Ştatlar müharibənin başa çatmasında maraqlıdır və bunun üçün əlimizdən gələni etmək istəyirik. Görünür, biz Yer üzündə hər iki tərəfi danışıqlar masasına əyləşdirə biləcək yeganə dövlətik. Biz heç kimə razılaşma sırımaq istəmirik. Heç kəsi istəmədiyi bir razılaşmaya məcbur etməyə çalışmırıq. Sadəcə onlara kömək etmək istəyirik”, – deyə Marko Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, Ukraynadakı münaqişənin başa çatması dünyanı daha təhlükəsiz edəcək, müharibənin davam etməsi isə heç kimin maraqlarına xidmət etmir.
Musavat.com






