İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio və Zelenski bu məsələləri MÜZAKİRƏ ETDİ

375 15.02.2026 09:13 Siyasət A A

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə müdafiə və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Musavat.com xəbər verir ki, Rubio bu barədə "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş "Ukraynanın təhlükəsizliyi, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi" mövzusuna yönəlib.

Rubio Ukraynadakı münaqişənin həllinə toxunaraq əlavə edib ki, "Prezident Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu tapmaq istəyir".

Zelenski isə qeyd edib ki, Rubio ilə görüşü zamanı cəbhə xəttindəki vəziyyət və Rusiyanın Ukrayna enerji sektoruna qarşı terror hücumları müzakirə olunub. Həmçinin soyuq hava şəraitindən müdafiənin gücləndirilməsi və diplomatik proses müzakirə edilib.

Onun sözlərinə görə, dövlət katibi ilə digər məsələlərlə yanaşı, tərəflər Cenevrədə planlaşdırılan Rusiya ilə danışıqları müzakirə ediblər və onların nəticə verməli olduğu barədə razılığa gəliblər:

"Cenevrədə planlaşdırılan danışıqların məhsuldar olması vacibdir və mən Amerika Birləşmiş Ştatlarına konstruktiv yanaşmasına görə təşəkkür edirəm. Biz həmçinin ardıcıllıq məsələsinə toxunduq. Təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa məsələsində irəliləyişin olması vacibdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR