Litvanın ictimai media qurumu LSM rusdilli redaksiyanı ləğv etmək qərarına gəldiyi üçün 36 əməkdaşını işdən azad edəcək.
Musavat.com bildirir ki, bu barədə LSM-in korporativ kommunikasiya rəhbəri Rayna Anna Loçmele məlumat verib.
Loçmelenin sözlərinə görə, qurumda struktur dəyişiklikləri aparılır və bunun nəticəsi olaraq ayrıca rusdilli redaksiya bağlanacaq. Həmçinin ölkədə ümumi mövzular üzrə yeganə rusdilli radio stansiyası olan “Latvijas Radio 4” də fəaliyyətini dayandıracaq.
Yeni modelə əsasən, LSM bütünlüklə latışdilli vahid platformaya çevriləcək və məzmun rus, ingilis və ukrayna dillərində yayımlanacaq. Materialların təxminən 70%-i latış dilindəki mətnlərin tərcüməsi olacaq, 25%-i orijinal kontent, 5%-i isə fikir və şərhlərdən ibarət olacaq.
Azaldılan əməkdaşların bir hissəsinə qurum daxilində yeni iş yerləri təklif ediləcək: portalın rusdilli bölməsində 19 vakansiya, multimediya istehsalında 8 yer, ukrayna redaksiyasında isə 1 yer mövcuddur.
Musavat.com






