İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus dissident Kremlə: “Hər şey bitəcək”

651 23.12.2025 17:07 Dünya A A

Rusiya Ali Məhkəməsi sabiq bələdiyyə deputatı Aleksey Qorinovun ikinci cinayət işi üzrə çıxarılmış hökmü qüvvədə saxlayıb. Məhkəmənin hərbi kollegiyası bu gün Qorinovun kassasiya şikayətini rədd edib.

Musavat.com xəbər verir ki, Qorinov 2024-cü ilin noyabrında kamer yoldaşı ilə söhbətinə görə “terrorçuluğa haqq qazaqndırılmas” maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama əsasən, ona Krım körpüsü ilə bağlı “Partladıblar - nə olsun ki? Müharibə gedir” və Ukraynanın “Azov” briqadası haqqında “Bu nə murdarlıqdır? Bu, silahlı qüvvələrdir” ifadələri əsas götürülüb.

Bu gün keçirilən kassasiya baxışı zamanı fasilə əsnasında Qorinov onu dəstəkləməyə gələnlərə müraciətlə deyib:

“Gec-tez bütün bunlar bitəcək. Heç nə əbədi deyil və heç nə əvvəlcədən müəyyən olunmayıb”.

Yeni hökm faktiki olaraq Qorinovun əvvəlki cəzasına 10 ay əlavə edir. Beləliklə, onun ümumi həbs müddəti 2029-cu ildə başa çatacaq.

Xatırladaq ki, Qorinov 2022-ci ilin iyulunda “ordu haqqında saxta məlumatların yayılması” maddəsi ilə 7 il həbs cəzasına məhkum edilib. Təqibə səbəb 15 mart 2022-ci ildə Moskvanın Krasnoselski rayonunda bələdiyyə deputatlarının iclasında səsləndirdiyi çıxış olub. O zaman Qorinov müharibə səbəbindən ukraynalı uşaqların kütləvi şəkildə həlak olduğunu bildirərək uşaq rəsm müsabiqəsinin keçirilməsindən imtina etməyi təklif etmişdi.

Qorinov vərəm və bronxit xəstəliklərindən əziyyət çəkir. Buna baxmayaraq, son aylarda koloniyanın rəhbərliyi onu mütəmadi olaraq cərimə kamerasına (ŞİZO) salır.

2025-ci ildə Aleksey Qorinov Nobel Sülh Mükafatına namizəd göstərilib, həmçinin Hanna Arendt mükafatı mərasimində onun adı çəkilib. Dünən isə Qorinovun və digər rusiyalı siyasi məhbusların Avropa Şurası Parlament Assambleyasına namizəd kimi irəli sürülməsi təklifi səsləndirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR