İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycanla mədəni körpünü bərpa etməyə çalışır

617 27.10.2025 13:55 Region A A

Moskva və Bakı arasında tamformatlı mədəni əməkdaşlığın bərpasına ciddi əngəllər yoxdur.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

“Tamformatlı mədəni əməkdaşlığa qayıtmamağımız üçün dərin səbəblər yoxdur,” – deyə, Şvıdkoy vurğulayıb.

O, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan yalnız tarixən deyil, həm də əsrlər boyu davam edən dostluq və sıx ailə əlaqələri ilə bir-birinə bağlıdır. Ortak mənəvi dəyərlər və mədəniyyətlərimiz cəmiyyətlərimiz arasında dialoqun yenidən qurulması üçün möhkəm zəmin yaradır.

Şvıdkoy qeyd edib ki, Rusiya mədəni əməkdaşlıq məsələlərində Azərbaycan tərəfi qədər açıq və hazırdır.

Bu açıqlama iki ölkə arasında mədəni sahədə yeni layihələrin və qarşılıqlı təşəbbüslərin həyata keçirilə biləcəyinə işarə edir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR