Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarələrinin Çin sərhədi yaxınlığında yerləşən Uzaq Şərqdəki aerodromlara yerləşdirilməsi planlaşdırılan proqramın bir hissəsidir.
Musavat.com xəbər verir ki, bunu Rusiya Qəhrəmanı, aviasiya general-mayoru Sergey Lipovoy "News.ru"ya açıqlamasında bildirib.
"Köhnəlmiş qırıcıları yeniləri ilə əvəz edirik. Su-57-lərin ilin əvvəlində, yəni indi yerləşdirilməsinə səbəb yaz-yay təlim dövrünə hazırlıqdır. Planlı uçuşlar davam edir", - deyə o izah edib.
Sergey Lipovoy vurğulayıb ki, Rusiya Aerokosmik Qüvvələri planlı döyüş təlimləri keçirir və təyyarələrin hərəkətlərində xüsusi bir şey gözlənilmir.
Musavat.com






