İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Donbas şərtindən GERİ çəkilir? – GÖZLƏNTİ

816 26.01.2026 15:05 Dünya A A

“Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyəti ABŞ-ın ərazi məsələləri ilə bağlı mövqeyini qəbul etmək məcburiyyətində qalıb və ilkin güzəşt tələblərindən imtina edib”. Bu barədə Britaniyanın "The Times" qəzeti adı açıqlanmayan rusiyalı diplomata istinadən məlumat yayıb (Haqqin.az).
Qəzetin məlumatına görə, bu, Ukrayna ilə bağlı üçtərəfli məsləhətləşmələrin ilk günündən sonra baş verib. “Əvvəlcə ərazi güzəştlərinə dair müəyyən öhdəliklər əldə etməyə ümid edirdik. Amma sonda, sadəcə, amerikalılarla razılaşmalı olduq”, - deyə qəzet diplomatın sözlərini sitat gətirib.

A map shows the division of Ukraine's Donetsk region.
Yanvarın 24-də Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların ikinci raundu başa çatıb. TASS mənbəyi iddia edib ki, görüşdə digər mövzularla yanaşı, “bufer zonalar” və “müxtəlif nəzarət mexanizmləri” də müzakirə olunub. RBC-Ukrayna mənbəyinin məlumatına görə, tərəflər atəşkəs rejimini müzakirə etməkdə irəliləyiş əldə ediblər, lakin ərazi ilə bağlı kompromisə gələ bilməyiblər. Növbəti danışıqlar raundu bu həftə keçiriləcək.
Ukrayna lideri Vladimir Zelenski tərəflərin çox şey müzakirə etdiyini deyib və danışıqları "konstruktiv" adlandırıb. Onun sözlərinə görə, üçüncü tur bu həftə baş tuta bilər.
Bu arada başqa bir Qərb nəşri “Axios” isə yazıb ki, Zelenski-Putin görüşü uzaqda deyil. Öz növbəsində
Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib. O, "X"də bununla bağlı paylaşım edib: “Danışıqlar çox konstruktiv keçib və müzakirələrin bu həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılıb”. Uitkoff əlavə edib ki, Tramp administrasiyası münaqişəyə "son qoymaq niyyətindədir.

Tərəflər nə dərəcədə anlaşmaya yaxınlaşıb, Moskva Donbas şərtindən geri çəkilirmi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Əbu-Dabi görüşlərinin nəticəsi olaraq Rusiya ilə Ukrayna arasında sülh əldə olunacağı ehtimalı yüksək deyil:

“Düzdür, bu bir ilkdir ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri danışıqlar aparıblar. Daha əvvəl danışıqlar Türkiyə vasitəsilə danışıqlar aparılırdı. İndi ABŞ-nin vasitəsilə Əbu-Dabidə aparılır. Tərəflər müəyyən məsələlərdə ortaq məxrəcə gəlməyə çalışsalar da prinsipial mövqedə fikir ixtilafı ortadan qaldırılmayıb. Bu da ərazi məsələsidir. Bütün digər məsələlər həll olunsa belə, ərazi məsələsində fikir ixtilafı münaqişənin sülh yolu ilə həllin imkan vermir. Rusiya Ukrayna qoşunlarının Donbas işğal olunmayan ərazisindən də çıxarılmasın istəyir. Ukrayna isə indiki vəziyyətlə barışsa da, hazırda öz nəzarətində olan ərazilərdən çıxmağı qəti surətdə rədd edir. Çünki Ukrayna cəmiyyəti də qoşunların çıxarılmasının və ərazinin Rusiyaya verilməsinin əleyhinədir. Ona görə də danışıqların müsbət nəticə verəcəyi ehtimalı yüksək deyil. Tərəflər öz mövqelərindən geri çəkilmək niyyətində deyil”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR