Rusiya gecə saatlarında Ukraynanın Rumıniya ilə sərhədində yerləşən “Orlovka” sərhəd-keçid məntəqəsini “Şahed” tipli kamikadze dronlarla hədəfə alıb.
Musavat.com xəbər verir ki, zərbələrdən sonra keçid məntəqəsi tam fəaliyyətini dayandırıb. Bu barədə Ukraynanın Gömrük Xidməti məlumat yayıb.
Odessa regionundakı teleqram kanalları hücum zamanı baş verən güclü partlayışların görüntülərini Rumıniya tərəfindən çəkilmiş videolarla paylaşırlar.
“Orlovka” keçid məntəqəsi Ukraynanın Qara dəniz regionunda mülki və kommersiya yüklərinin daşınmasında strateji əhəmiyyət daşıyan əsas giriş-çıxış nöqtələrindən biri idi.
Hazırda hadisə yerində zərərin qiymətləndirilməsi və təhlükəsizliyin bərpası üzrə işlər aparılır. Hücum bölgədə logistik əlaqələrə ciddi təsir göstərib.
Musavat.com






