Rusiya ABŞ-la mümkün qarşıdurma fonunda İrana hərbi dəstək göstərməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov açıqlama verib.
Deputatın sözlərinə görə, Moskva ilə Tehran arasında imzalanmış strateji tərəfdaşlıq sazişində İrana hərbi yardım göstərilməsi ilə bağlı hər hansı maddə yoxdur. O bildirib ki, sənəd əsasən siyasi, iqtisadi və diplomatik əməkdaşlığı nəzərdə tutur və hərbi müdaxilə öhdəliyi yaratmır.
Juravlyov vurğulayıb ki, bu səbəbdən Rusiya ABŞ-la mümkün eskalasiya şəraitində İrana qoşun göndərməyi planlaşdırmır və belə bir qərar gündəmdə deyil.
Musavat.com






