İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfirini təcili geri çağırdı – Ermənistana görə kritik məsləhətləşmələr

1029 01.06.2026 21:44 Dünya A A

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin hazırda Moskvadadır və məsləhətləşmələr aparır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.

Daha sonra Rusiya XİN səfir Sergey Kopırkinin Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşmağa yönəlmiş addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırıldığını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl də Kopırkinin Moskvada olduğu və Rusiya Xarici İşlər Nazirliyində məsləhətləşmələr apardığı barədə məlumat yayılmışdı. Rusiya tərəfinin son açıqlaması isə bu məsləhətləşmələrin səbəbinin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti olduğunu göstərib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR