Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.
Musavat.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Bayramov Xanlar Bayram oğlu 3 may 2025-ci il tarixindən Ukraynada gedən döyüşlər zamanı itkin düşüb.
Məlumata əsasən, X. Bayramov Rusiya Silahlı Qüvvələrinin 91701 nömrəli hərbi hissəsində, 2-ci taborun 6-cı bölüyü, 4-cü tağımında xidmət edib. Onun Luqansk vilayətinin Novomixaylovka istiqamətində itkin düşdüyü bildirilir.
Qeyd edək ki, X. Bayramov əslən Gürcüstan azərbaycanlısıdır. O, Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Rusiya Federasiyasının vətəndaşıdır.
Hazırda ailəsi və yaxınları ondan xəbər ala bilmir.
Şahanə Rəhimli
Musavat.com






