Ukraynadakı müharibə zamanı ən azı 19 rus generalı öldürülüb, onlardan bəziləri rəsmi olaraq təsdiqlənməyib.
Musavat.com xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.
Bildirilir ki, ölənlər arasında həm aktiv komandirlər, həm də baş qərargahın yüksək rütbəli zabitləri var. Bəzi hallar rəsmi olaraq təsdiqlənib, digərləri isə Rusiya hakimiyyəti tərəfindən təsdiqlənməyib.
2022-ci ildə generallar Andrey Suxovetski, Oleq Mityayev, Vladimir Frolov, Andrey Simonov, Kanamat Botaşov və Roman Kutuzov öldürülüb. Daha sonra Sergey Qoryaçev, Oleq Tsokov və Vladimir Zavadskinin ölümləri açıqlanıb.
Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarına rəhbərlik edən İqor Kirillovun, baş qərargahın baş əməliyyat idarəsinin rəis müavini Yaroslav Moskalikin, hərbi dəniz qüvvələrinin baş komandan müavini Mixail Qudkovun və baş qərargahın əməliyyat təlimi idarəsinin rəisi Fanil Sarvarovun da ölümləri barədə məlumat verilib.
Musavat.com






