İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yük təyyarələri Tehrana endi - Nə daşıyırlar?

1521 08.01.2026 03:51 Dünya A A

Rusiya yük təyyarələri Tehrana eniş edib və İrandan xeyli miqdarda qızıl çıxarılıb.

Belə bir sensasiyalı iddia ilə britaniyalı deputat, təhlükəsizlik məsələləri üzrə sabiq kiçik nazir Tom Tugendhat çıxış edib.

Onun sözlərinə görə, bu, İran rəhbərliyinin hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər.

"Biz Rusiya yük təyyarələrinin Tehrana eniş etdiyini görürük, onların ehtimal ki, silah və sursat daşıdığı və İrandan külli miqdarda qızıl çıxarıldığı barədə məlumatlar alırıq", - o, bildirib.

Qeyd edək ki, İranda dolların kəskin bahalaşması və iqtisadi çöküşə görə kütləvi aksiyalar keçirilir. (Axar.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR