Rusiya Silahlı Qüvvələrinin “Dnepr” Qrupunun bölmələri hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Zaporojye vilayətinin paytaxtına 12 kilometr məsafədə çatıb.
Musavat.com xəbər verirb ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy "Krasnaya Zvezda" qəzetinə verdiyi müsahibədə bildirib.
Rudskoy əlavə edib ki, bu ərazidəki 12 yaşayış məntəqəsi 2025-ci ilin noyabr ayından bəri Rusiya ordusunun nəzarəti altına keçib. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə qalaları var: Malaya Tokmaçka, Stepnoqorsk və Primorskoye. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, son bir həftə ərzində qondarma “Donetsk Xalq Respublikasında”kı Minkovkanı, eləcə də Zaporojye vilayətindəki Tsvetkovoe, Zapasnoye, Maqdalinivka, Primorskoye və Krınıçnoyeni qəsəbələrini ələ keçiriblər. Qoşunların həmçinin Sumı vilayətindəki Pokrovka və Xarkovkaya nəzarət ələ ala bilib.
Qeyd edək ki,
Zaporojye vilayəti Ukraynanın cənub-şərqində yerləşən və qismən Rusiya hərbi nəzarəti altında olan inzibati-ərazi vahididir. Vilayəti 27.200 kvadrat metr ərazini əhatə edir. Əsas hissəsi cənubda Qara dəniz ovalığına keçən Dnepr ovalığında, cənub-şərq hissəsini isə Azov dağları tutur.
Zaporojye vilayətindən Dnepr də daxil olmaqla 109 çay axır. Bölgədəki iqlim mülayim kontinental və quraqdır. Orta illik temperatur yayda 22°C, qışda isə 4.5°C-dir.Zaporojye vilayətinin inzibati mərkəzi Zaporojye şəhəridir. Bölgə beş rayondan ibarətdir: Berdyansk, Vasilyevski adası, Zaporojye, Melitopol və Poloqovski. Müharibə başlayanadək Zaporojye vilayətinin əhalisi 1,7 milyon nəfər idi ki, bunun da 77,4%-i şəhərlərdə yaşayırdılar.
2001-ci il əhali siyahıyaalınmasına əsasən, Zaporojye vilayətindəki ən böyük etnik qruplar ukraynalılar (70,8%) və ruslar (24,74%) olub. Bolqarlar, belaruslar, ermənilər, tatarlar, yəhudilər, gürcülər və digərləri də burada yaşayıblar. Yerli sakinlərin əksəriyyəti pravoslav xristianlar (51,1%) və protestantlardır (39%).
Zaporojye bölgəsi Ukraynanın elektrik enerjisi sənayesinin flaqmanıdır və ölkənin elektrik enerjisinin təxminən 25%-ni istehsal edir. Regionda polad və çuqun istehsalçısı Zaporojye, xüsusi polad istehsalçısı Dniprospetsstal, Zaporojye Dəmir Filizi Zavodu, qrafit elektrod istehsalçısı Ukrayna Qrafit, Zaporojye Alüminium Zavodu, Titan və Maqnezium Zavodu və digərləri daxil olmaqla 160-dan çox iri sənaye müəssisəsi fəaliyyət göstərirdi.

Rusiyanın bəzi hərbi ekspertləri Baş Qərargahın “12 kilometr qaldı” optimizmini bölüşmür. Onların dediyinə görə, Ukraynanın bu iqtiqamətdə canlı qüvvəsi və döyüşmək resursları var, hətta ancaq ilin sonunadək Zaporjyeyə nəzarəti tam ələ almaq mümkün olmaya bilər.
Musavat.com






