Rusiyanın Sverdlovsk vilayətində raket təhlükəsi elan edilib. Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Sakinlərə evdə qalmaları və zərurət yarandıqda möhkəm binalarda və ya yeraltı keçidlərdə sığınacaq axtarmaları tövsiyə olunur. Təhlükənin aradan qalxdığı barədə rəsmi siqnal verilənə qədər təhlükəsiz yerdə qalmaq tapşırılıb.
Vilayət qubernatoru Denis Pasler bildirib ki, dağıntılara toxunmaq və hava hücumundan müdafiə vasitələri və dronların çəkilişini aparmaq qadağandır. Raket təhlükəsi Sverdlovsk vilayətindən başqa, Rusiyanın Perm diyarı, həmçinin Tatarıstan, Udmurtiya, Orenburq vilayəti və Başqırdıstanda da elan edilib.
Əfqanıstan isə Pakistanın nüvə obyektinə zərbə endirib. "Yerli mənbələr bildirir ki, Kokal rayonundakı hərbi mərkəzə və Pakistanın başqa bir nüvə mərkəzinə endirilən zərbələrdən sonra İslamabaddakı xəstəxanaya yüzlərlə ölü və yaralı aparılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb və Nouşera yaxınlığındakı Pakistan hərbi bazasına zərbə endirilib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Rusiya və Pakistan hadisələrini deputat Arzuxan Əlizadə ilə müzakirə edir.






