İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada neft terminalı və desant gəmisi VURULDU - VİDEO

1227 25.11.2025 15:33 Region A A

Çərşənbə axşamı gecə Ukrayna Təhlükəsizlik Xidmətinin "Alpha" Xüsusi Əməliyyat Mərkəzinin qoşunları Ukrayna Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Krasnodar diyarındakı Novorossiysk dəniz limanında hərbi və logistika obyektlərinə zərbələr endirmək üçün uzaqmənzilli dronlardan istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" UTX-dakı mənbəyə istinadən məlumat yayıb.

"Gecə ərzində dronlar limanın hərbi və logistika obyektlərinə hücum edərək neft terminalının infrastrukturuna, S-300/S-400 hava hücumundan müdafiə mövqelərinə və desant gəmisinə zərər vurub.", - mənbə nəşrə bildirib.

Əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən Baş Kəşfiyyat İdarəsi (BKİ), Xüsusi Əməliyyat Qüvvələri (XƏQ), PUA qüvvələri, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sahil Raket və Artilleriya Qoşunları ilə birgə həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR