İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı səfirimiz XİN müavini ilə görüşüb

668 12.02.2026 20:00 Siyasət A A

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev ilə görüş keçirib.

Musavat.com Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəlikdəki aktual məsələlər müzakirə olunub, gələcək siyasi təmasların qrafiki razılaşdırılıb. Həmçinin, bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya və Azərbaycan arasında əməkdaşlıq bəyannaməsi çərçivəsində əlaqələrin inkişafına prinsipial sadiqlik bir daha təsdiqlənib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR