İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilidən GÖZLƏNİLMƏZ Zəngəzur bəyanatı - Bakıdan REAKSİYA

4891 26.01.2026 14:40 Region A A

“Azərbaycan və Ermənistanın elan etdiyi alternativ yük dəhlizi Gürcüstanın tranzit potensialı üçün təhlükə yaratmır”.

Musavat.com bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Davosda ikitərəfli münasibətlərin yaxşılaşması fonunda Bakı ilə İrəvan arasında birbaşa yük daşımalarının mümkünlüyü ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası barədə konkret heç  nə demədi... - Baki-Xeber.com

Kobaxidzenin sözlərinə görə, alternativ marşrut Gürcüstan üçün heç bir risk yaratmır:

“Bunu təsdiq edən sadə bir göstərici var: son beş il ərzində Orta Dəhliz üzrə daşımaların həcmi 7 dəfə artıb. Bu şəraitdə bizim əsas vəzifəmiz artan yük dövriyyəsini təmin etmək üçün mövcud infrastrukturdan maksimum səmərəli istifadə etməkdir. Bu artımı nəzərə alsaq, alternativ dəhliz bizim tranzit funksiyamıza əlavə olacaq”.

Lakin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin reaksiyası gözlənilməz olub.

“Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan ərazisindən tranzit marşrutu ilə bağlı açıqlaması Gürcüstanın 1990-2000-ci illərdə əldə etdiyi “hər şeyi pozur”. İnterpress News xəbər verir ki, Saakaşvili belə bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Gürcüstan ağır geosiyasi çıxılmaz vəziyyətdədir. “İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstandan keçir, sabah isə Ermənistandan keçəcəyi barədə bəyanatı ölkə olaraq 1990-2000-ci illərdə əldə etdiyimiz hər şeyi alt-üst edir. Gürcüstan ağır geosiyasi çıxılmaz vəziyyətə düşüb. Yaxın gələcəkdə ya müstəqil dövlət kimi ləğvimizlə, ya da mafiya başçısı İvanişvilinin pəncəsindən xilas olub milli inkişaf yoluna yenidən başlamağımızla başa çatacaq”, - deyə sabiq gürcü lideri iddialarını bu şəkildə davam etdirib.

CROSSMEDIA - Gürcüstan siyasətində Zəngəzur amili: "Daxili çəkilmələr üçün  istifadə olunur"

Maraqlısı budur ki, Saakaşvili əksər hallarda Azərbaycanla münasibətlərin qorunub-saxlanması, əməkdaşlığın irəli aparılması ilə bağlı mövqe sərgiləyib. Eyni zamanda, dəfələrlə Rusiyanın Gürcüstana hücum etdiyi zaman Azərbaycanın onun ölkəsini qışda donmaqdan xilas etdiyini deyərək, təşəkkürünü bildirib. Üstəlik, Azərbaycan on illər boyunca Gürcüstanın büdcəsinin formalaşmasında rol oynayıb. Elə son aylarda Azərbaycandan Ermənistana daşınan yüklər üçün tranzit rolu oynaması səbəbindən Gürcüstan əlavə qazanc əldə etməkdədir.

Belə olduğu təqdirdə Saakaşvili bu qədər yaxşılıqları niyə unudaraq, həyəcanlı şəkildə rəsmi Tiflisi Zəngəzur dəhlizinə qarşı çıxmağa təhrik edir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Ermənistanın cənub hissəsindən keçəcək və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz və Orta Asiyanın (Türküstan) geosiyasi arxitekturasında deyil, qlobal səviyyədə daha çox əhəmiyyət kəsb edən geosiyasi layihə kimi qiymətləndirilməkdədir. Onun sözlərinə görə, ABŞ-nin dəhlizə olan diqqəti də bunu təsdiqləyir:

“Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasına müsbət yanaşan güclər və dövlətlərlə yanaşı, onun əleyhinə çıxanlar da var. Heç kəsə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında mövcud olan müharibə şəraiti Gürcüstanın tranzit imkanlarını dəfələrlə genişlədirib. Əsas ixrac kəmərləri ilə yanaşı, dəmiryol və avtomobil yolları daşımaları Gürcüstan büdəcəsinə əhəmiyyətli dəstək verməklə yanaşı, həm də onun geosiyasi əhəmiyyətini ciddi şəkildə artırıb. Buna görə də müəyyən qısqanclıqların, maneələrin olması istisna olunmurdu. Rəsmi Gürcüstan “...Alternativ marşrut Gürcüstan üçün risk yaratmır” bəyanatı versə də, bu ölkənin daxilində olan müxtəlif qüvvələr layihənin reallaşmasının əleyhinə ciddi işlər aparmaqdadır”.

Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır

Sahib Məmmədov əlavə edbi ki, Gürcüstanda mövcud olan bəzi media orqanları, beyin mərkəzləri geniş şərhlər, tədiqat matrealları hazırlayaraq layihənin reallaşmasına qarşı mövqe sərgiləməkdədirlər:

“Hətta bəzi beyin mərkəzləri Çin dövlətinin siyasətinə, ümumiyyətlə, Şərq-Qərb və ya Orta Dəhliz marşrutu üzərində olan dövlətlərin siyasətinə təsir etmək üçün həmin ölkələrin analoji qurumları ilə əməkdaşlıq əlaqələri yaradaraq, Zəngəzur dəhlizinin “zərərini” sübut etməyə çalışırlar. Gürcüstanın “Business Press News (BPN)” media portalında Gürcüstanda yerləşən “Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin (TCRC)” beyin mərkəzi “Ermənistan - Azərbaycan nəqliyyat dəhlizinin açılması Gürcüstanın tranzit potensialını zəiflədəcək” adlı hesabat dərc edib. Həmin hesabatda göstərilir ki, “Ermənistan və Azərbaycan arasında danışıqlar nəticəsində nəqliyyat dəhlizinin açılması Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə zəiflədəcək. Təşkilatın araşdırmasına görə, Ermənistan-Azərbaycan danışıqları boru kəməri ilə deyil, avtomobil və dəmir yolu ilə daşınmaların həyata keçiriləcəyi nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur. Dəmir yolu nəqliyyatı baxımından Gürcüstan nəqliyyat dəhlizinə və onun Bakı - Tbilisi - Qars qoluna alternativ hazırda siyasi qarşıdurma və infrastrukturun olmaması səbəbindən fəaliyyət göstərməyən Qars – Gümri – Naxçıvan – Meqari - Bakı (KGNMB) avtomobil yoludur”. Gürcüstanda mövcud olan beyin mərkəzləri, media orqanları, qeyri-hökumət təşkilatları bu tipli çoxsaylı hesabatlar hazırlayıblar”.

O ki qaldı Saakaşvininin açıqlamasına, STM-in icraçı direktoru bildirib ki, o, sadəcə indiki hakimiyyətə qarşı çıxmaq üçün belə açıqlamalar verir:

“Zəngəzur dəhlizi məsələsi Gürcüstan hakimiyyətinin iradəsinə bağlı olan məsələ deyil. Guya Saakaşvili hakimiyyətdə olsaydı, nə edəcəkdi ki? Əslində, Zəngəzur dəhlizinin açılması uzunmüddətli planda Gürcüstanın da maraqlarına uyğundur. Hazırda Gürcüstan üçün quru yollarla çıxış əsasən bir xətt üzərindədir. Zəngəzur dəhlizi Gürcüstan üçün də alternativ nəqliyyat marşurutu rolunu oynaya bilər. Gürcüstanda bəzi qüvvələrin narahatlığı əsassızdır, amma nəzərə almalıyıq ki, bu marşrutun əleyhinə olan qüvvələr Gürcüstanda da mövcuddur. Hər halda bizim dövlət üçün əsas olan Gürcüstanın hazırda hakimiyyətdə olan rəsmi şəxlərinin mövqeyidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR