İranın dövlət informasiya agentliyi Tasnim News Agency tərəfindən yayılan peyk görüntüləri son bir ayda baş verən hücumların nəticələrini üzə çıxarıb.
Musavat.com xəbər verir ki, yayılan şəkillərdə Bəhreyndə yerləşən Isa Air Base aviabazasında bir sıra obyektlərin zədələndiyi iddia olunur. Xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8 Poseidon patrul təyyarələri üçün nəzərdə tutulmuş anqarın zərbə aldığı bildirilir.
Məlumata görə, son bir ay ərzində İran tərəfindən bu birgə istifadə olunan aviabazaya onlarla pilotsuz uçuş aparatı və raket hücumu həyata keçirilib. Peyk görüntülərində bəzi tikililərin dam örtüklərinin dağıldığı, infrastruktur elementlərinin zədələndiyi diqqət çəkir.
Musavat.com






