İranda SEPAH-ın Aerokosmik Qüvvələri Semnan əyalətinin bir hissəsi üzrə NOTAM (uçuş xəbərdarlığı) yayımlayıb. Bu addımın bölgədə hava məkanına məhdudiyyət tətbiqi ilə bağlı olduğu bildirilir.
Musavat.com xəbər verir ki, yayımlanan NOTAM-ın ballistik raket sınağı ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Məlumata görə, NOTAM adətən müəyyən ərazilərdə uçuşların müvəqqəti məhdudlaşdırılması, təhlükəsizlik tədbirləri və ya hərbi fəaliyyətlərlə bağlı tətbiq olunur. Bu səbəbdən Semnan üzrə verilən xəbərdarlığın da sınaq və ya hərbi təlim xarakterli fəaliyyətlə bağlı olduğu versiyası önə çıxır.
Musavat.com







