Bakıda keçirilən ədalətli məhkəmə nəticəsində azadlıqdan məhrum edilən, hərbi cinayətlər törətmiş separatçı ermənilərin ailələri Azərbaycana gəlmək istəyirlər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xatırladaq ki, söhbət keçmiş qondarma “Dağlıq Qarabağ” rejiminin hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslərdən və digər separatçılardan gedir. Məhkəmənin qərarına əsasən, onlardan biri ömürlük həbs cəzasına, digərləri isə 15-20 il müddətinə azadlıqdan məhrum edilib.
Bəs bu şəxslərin ailələrinin Azərbaycana gəlməsinə vətəndaşlarımızın münasibəti necədir? Onların ölkəyə girişinə icazə verilməlidirmi? Belə hallarda daha çox hansı amil əsas götürülməlidir: ədalət, yoxsa humanizm?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






