İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergen Yalçın xəstəxanaya yerləşdirildi

1179 17.11.2025 19:36 İdman A A

"Beşiktaş"ın 53 yaşlı baş məşqçisi Sergen Yalçın əməliyyat olunub.

Mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stent qoyulub. Əməliyyat heç bir problem olmadan başa çatıb.

Təcrübəli məşqçinin ümumi sağlamlıq durumunun yaxşı olduğu bildirilsə də, Yalçın bu gün xəstəxanada həkimlər qrupunun nəzarəti altında saxlanılacaq.

"Beşiktaş"dan verilən açıqlamada bu ifadələr yer alıb:

Texniki direktorumuz Sergen Yalçın bu gün səhər uğurlu angioqrafiyadan keçdi. Ümid edirik ki, Sergen Yalçın tezliklə sağalacaq və tezliklə sağalmasını arzulayırıq" (Milli.Az). 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR