İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirin quyruğu, Şirqulaminin buyruğu

2837 15.01.2026 14:00 Yazarlar A A

Bu günlərdə bütün dünya İranda yaşanan müsibətlərə diqqət kəsilib, İranın İrəvandakı səfiri Xəlil Şirqulami isə heç nə olmamış kimi, Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların dərdini çəkir. Görünür sələfi Mehdi Sobhaninin pozuculuq missiyasını yerinə yetirməyə söz verib. Əks təqdirdə, Tehran başda olmaqla, bütün İran vilayətlərində qırğın törətdiyi bir vaxtda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramı çərçivəsində əldə olunan razılaşmalardan niyə rəncidə olsun ki?

Zəngəzur dəhlizi və ya Trump marşrutu nədir? - BBC News Azərbaycanca

Şirqulami və onun kimilər başa düşməlidirlər ki, Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya nəinki onun bəyanatları, heç bölgəni “şirin quyruğu” ilə təhdid edən İran səlahiyyətliləri də mane ola bilməyəcək! Bu layihə ilə bağlı xeyli məsafə qət olunub, anlaşma imzalanıb.

Zəngəzur dəhlizinin reallaşması artıq geridönməz xarakter alıb. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində Zəngəzur dəhlizinin açılacağını bir daha əminliklə söylədi. “Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”, - Azərbaycanın dövlət başçısı deyib. Prezident həmçinin bildirib ki, Zəngəzur dəhlizinə ilk növbədə Naxçıvan ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Yəni dəfələrlə yazdığımız kimi, Azərbaycan dövləti Zəngəzur dəhlizinə olmazsa, olmaz“, yanaşmasını nümayiş etdirir və mövqeyində qətidir. Ölkənin əsas hissəsindən bir bölgəsinə niyə birbaşa quru əlaqə olmamalıdır ki? Bu, hansı kitabda, dəftərdə yazılıb, bəlkə Şirqulami hardansa oxuyub?..

ZƏNGƏZUR DƏHLİZİ: Ermənistanın daralan vaxtı

Üstəlik, məsələ artıq regional məcradan çıxıb, Zəngəzur dəhlizinin əhatə etdiyi qlobal əhəmiyyətli mövzuya çevrilibsə, 8 avqust razılaşması əldə olunubsa, deməli, heç bir halda geridönüşdən söhbət gedə bilməz! Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün ərazi bütövlüyü və suverenlik məsələsi qədər önəmli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev torpaqlarımızın azad olunmasından sonra bu mövzunu Azərbaycanın prioritetlərindən biri olaraq davamlı şəkildə səsləndirib, ali kürsülərdən mövqeyini ifadə edib. Azərbaycan Prezidentinin iradəsi ilə hesablaşan, onun ədalətli mövqeyinə hörmətlə yanaşan paytaxtlar da bu prosesdə tormozlayıcı funksiya icra etməyin mənasızlığını anlayırlar. Bu günlərdə Bakıda olmuş ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə görüşdə əsas müzakirə mövzusu “Tramp marşrutu” - Zəngəzur dəhlizi layihəsi olmuşdu.

Xeyli müddət Zəngəzur dəhlizini guya Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qəbul edənlərin bu saxta arqumentləri də ortadan qalxıb. Necə ki, Vaşinqtonda keçirilən brifinqdə Rubionun bu barədə bəyanatını Mirzoyan baş işarəsi ilə təsdiqləyirdi. Eyni zamanda Nikol Paşinyan da Mirzoyan-Rubio görüşü barədə İrəvandakı diplomatlara danışarkən bildirib ki, tərəflər “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün Ermənistanı və ABŞ-ı tam qane edən bir formul üzərində razılığa gəliblər. “Regionda böyük investisiyaların olacağı artıq aydındır və bu, sevindirici xəbərdir”, – deyə Paşinyan bildirib.

CROSSMEDIA - Paşinyan növbədənkənar seçki mesajı ilə düşmənlərini çaşdırır

Azərbaycan XİN-in son görüşə reaksiyası da müsbətdir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir”.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinə dair yerli mətbuatın sualına cavabında söyləyib. Diplomat bildirib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir.

Göründüyü kimi, rəsmi Bakı Zəngəzur dəhlizinə önəm verdiyi qədər, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan regionu arasında MANEƏSİZ keçidi vacib və mübahisə predmeti olmayan məsələ hesab edir. Zatən, Vaşinqton Zirvəsində bu barədə anlaşma əldə olunub. Eyni zamanda Prezident İlham Əliyev hər zaman bu məqamı xüsusilə qeyd edib: sərbəst, maneəsiz gediş-gəliş təmin edilməlidir!

Cənubi Qafqaz və Qarabağ: Qlobal və regional güclər nəyə çalışır... -  TƏHLİL | Modern.az

ABŞ dövlət katibi “Trampın marşrutu” proqramı Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları sahəsindəki potensialını açmaqla, bütün regionda rifahın yüksəldilməsi və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək”, - deyib. Yəni region üçün əlavə imkanlar yaradan bir tarixi layihədən İranda niyə qorxurlar? ABŞ şirkəti ilə anlaşmaya görəmi həyəcanlanıblar? Belə olduğunu zənn etmirəm. Hələ Amerika şirkəti söhbəti yox idi, İranın rəsmi şəxsləri, SEPAH generalları Zəngəzur dəhlizini İran üçün “qırmızı xətt” adlandırdı, “Zəngəzur dəhlizinə imkan vermədik”, deyərək çırtıq çalıb, oynayırdılar. 30 iyul 2024-cü il tarixdə İranın Ali dini rəhbəri Ayətullah Xameneyi Nikol Paşinyanı qəbul edərkən Zəngəzur marşrutunun əleyhinə olduğunu söyləmişdi, onda nə ABŞ söhbəti var idi, nə 99 illik razılaşma. “İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır”, - deyən də Ayətullah Xameneyi idi. Amma bu gün Paşinyan Zəngəzur dəhlizinin faydalarından danışır. Soruşan gərək: bəs, nə oldu, Zəngəzur Ermənistanın ziyanına idi?

İran rəsmiləri ABŞ-la danışıqları bərpa etməyə hazır olduqlarını  bildiriblər - FED.az

Amma yenə də xəbər yayılıb ki, İran rəsmiləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı arayıblar. Müzakirə İrəvanın İrana qarşı “düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi” barədə narahatlıq olduğu deyilir. Hər halda Şirqulaminin sözlərindən də anlaşılan budur ki, Tehrandakı təşviş Zəngəzur anlaşması ilə bağlıdır, İrəvandakı səfirliyin qarşısındakı 5-10 nəfərin İran rejiminə qarşı aksiyası yox. Şirqulami deyib bu əlaqələr İran-Ermənistan əlaqələrini zədələyə bilər. Eyni zamanda “Ermənistanın çətin dövrlərdə İranın dəstəyini unutmamalı olduğunu” söyləyib və Tehranın hər zaman “Ermənistanın yanında olduğunu”, deyib. Bəli, biz bunu həmişə deyirdik, yazırdıq. Müsəlman İran məscid dağıdan Ermənistanın yanında oldu, işğalçı üçün “nəfəsliyə” çevrildi. İndi özləri deyirlər. Amma daha Azərbaycanla normal münasibətlərdən sonra Ermənistana nəfəslik gərək deyil, bunu da unutmasın Şiqulami və digər Azərbaycan düşmənləri! 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR