İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok epizod: 10 ukraynalı iki NATO batalyonunu “məhv etdi”

1239 15.02.2026 01:22 Dünya A A

Estoniyada keçirilən NATO təlimlərində qeydə alınan bir epizod alyans daxilində ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, “Hedgehog 2025” manevrləri zamanı cəmi on nəfərlik ukraynalı hərbçi qrupu bir neçə saat ərzində şərti olaraq iki batalyonu və 17 ədəd zirehli texnikanı sıradan çıxarıb.

Bildirilir ki, ukraynalılar kütləvi pilotsuz uçuş aparatları taktikasından istifadə edib və NATO bölmələri buna adekvat reaksiya verə bilməyib. Təlim iştirakçılarından biri qeyd edib ki, alyans qüvvələri ərazidə maskalanmadan hərəkət edir, texnika və düşərgələri lazımi şəkildə gizlətmirdi.

Dron mütəxəssisi Aivar Xanniottinin rəhbərlik etdiyi qrup isə texnikanı asanlıqla aşkarlayıb və qısa müddətdə zərərsizləşdirib. Onun sözlərinə görə, gizlənmək demək olar ki, mümkün olmayıb.

Epizod zamanı təxminən 10 kvadratkilometrlik sahədə 30-a yaxın PUA tətbiq olunub. Ümumilikdə 5–23 may 2025-ci il tarixlərində keçirilən təlimlərdə Estoniya və digər NATO ölkələrindən 16 minə yaxın hərbçi iştirak edib.

Mənbələrin sözlərinə görə, nəticələri qiymətləndirən alyans komandirlərindən biri vəziyyəti sərt ifadə ilə yekunlaşdırıb: NATO qüvvələri yeni müharibə reallıqları qarşısında hazırlıqsız yaxalanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR