İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: İran 21 ukraynalının olduğu anbarı vurdu - Zelenskinin BƏƏ səfərinə "sürpriz"

1490 28.03.2026 18:49 Dünya A A

Yaxın Şərqdə gərginlik fonunda növbəti diqqətçəkən iddia səsləndirilib.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ukrayna ilə əlaqəli olduğu bildirilən hərbi anbarın məhv edildiyini açıqlayıb.

SEPAH-ın “Hatemul-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfikarinin sözlərinə görə, ABŞ ordusuna dəstək məqsədilə fəaliyyət göstərən və pilotsuz uçuş aparatlarına qarşı sistemlərin saxlandığı obyekt İran qüvvələrinin hədəfinə çevrilib.

Açıqlamada bildirilir ki, anbarda 21 ukraynalı hərbi mütəxəssis olub və obyekt SEPAH-ın hava və dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində tamamilə məhv edilib.

Qeyd olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski hazırda BƏƏ-də səfərdədir. Daha əvvəl o, İran istehsalı pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə Yaxın Şərq ölkələrinə mütəxəssislər göndərildiyini bildirmişdi.

İran tərəfi isə Ukraynanın bu prosesdə iştirakını əsas gətirərək, onu “qanuni hədəf” hesab etdiyini bəyan edib. Zelenski isə səslənən təhdidlərdən çəkinmədiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR