İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok məsafə: Ukrayna dronları Rusiyanın 4 min km dərinliyinə çatdı

1498 08.07.2026 01:19 Dünya A A

Rusiyanın Novosibirsk vilayətində ilk dəfə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan olunub.

Musavat.com xəbər verir ki, vilayət sakinlərinə evdə qalmaları, pəncərələrə yaxınlaşmamaları və rəsmi xəbərdarlıqlara əməl etmələri tövsiyə edilib.

Hadisə bir gün əvvəl qonşu Omsk vilayətində baş verən hücumun ardınca yaşanıb. Həmin hücum zamanı Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib.

Məlumata görə, Ukrayna dronları ilk dəfə Novosibirsk vilayətinə qədər çataraq təxminən 4 min kilometrlik məsafə qət edib. Bu, müharibə başlayandan bəri Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisində çatdığı ən uzaq istiqamətlərdən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR