İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı: Cinayət işi BAŞLANDI

1575 07.01.2026 15:13 Ölkə A A

Qazaxda avtomobildə baş vermiş partayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.

14:06

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR