İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Əraqçidən Azərbaycan dilində PAYLAŞIM - FOTO

3801 28.03.2026 21:58 Son xəbər A A

İranın xarici işlər naziri Abbas Əraqçi çətin anlarda göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb:

“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm”.

XİN başçısı qeyd edib ki, çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir.
 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR