Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Upendra Dvivedi İran Hərbi Dəniz Qüvvələrinə məxsus “IRIS Dena” freqatının koordinatlarının İsrailə onlar tərəfindən ötürüldüyünü etiraf edib.
Musavat.com-un xəbərinə görə, general bildirib ki, Hindistan İsrailin strateji tərəfdaşı olduğu üçün gəminin dəqiq mövqeyini İsrailə bildirmək onların vəzifəsi hesab olunurdu.

Upendra Dvivedi
Bununla belə, o vurğulayıb ki, hücum ABŞ və İsrail tərəfindən həyata keçirilib. General gəminin batmasını “üzücü hadisə” adlandırsa da, hücumun Hindistanın ərazi sularında baş verdiyi barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, Hindistan yalnız kəşfiyyat məlumatı paylaşa bilər, lakin hücum əməliyyatında iştirak etməyib.
Hadisə martın 4-də Hindistanda keçirilən “Milan 2026” hərbi dəniz təlimindən sonra baş verib. Təlimə “fəxri qonaq” kimi qatılan “IRIS Dena” freqatı geri qayıdarkən Hind okeanında, Sri-Lanka sahilləri yaxınlığında hücuma məruz qalıb. İran ordusunun məlumatına görə, hücum nəticəsində əvvəlcə 80 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 104 nəfərə çatıb, 32 nəfər isə yaralanıb.
Musavat.com






