İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya Ukraynada doğum evini VURDU

697 01.02.2026 17:29 Dünya A A

Rusiyanın Zaporojye şəhərindəki doğum evinə endirdiyi zərbə nəticəsində ən azı 6 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

“Doğum evinə endirilən zərbə həyata qarşı müharibənin daha bir sübutudur!”, - deyə Fedorov Telegram hesabında yazıb.

O bildirib ki, yaralananlar arasında zərbə zamanı müayinədə olan iki qadın da var.

Administrasiya rəhbəri zərbənin doğum evinə necə endirildiyi barədə ətraflı məlumat verməyib.

O həmçinin əlavə edib ki, Rusiyanın pilotsuz uçuş aparatının Zaporojye şəhərinə endirdiyi hücum nəticəsində 3 nəfər, o cümlədən dörd yaşlı uşaq xəsarət alıb.

“Rusiyanın növbəti pilotsuz uçuş aparatı şəhərin bir rayonunda partlayıb. İlkin məlumata görə, üç nəfər yaralanıb, onların arasında kiçik oğlan da var. Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Həyəcan davam edir…”, - deyə Fedorov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR