İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyə sahillərində neft tankeri VURULDU

1021 08.01.2026 16:03 Dünya A A

Ukrayna dronları Türkiyə sahillərində Palau bayrağı altında üzən "Elbus" neft tankerinə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.

Hadisə Kastamonu şəhərindən təxminən 50 kilometr aralıda baş verib.

Partlayış nəticəsində tankerə ziyan dəyib, gəminin yuxarı hissəsi zədələnib. İlkin məlumatlara görə, heyət üzvlərindən heç biri xəsarət almayıb.

Hazırda "Elbus" gəmisi dəymiş ziyanın qiymətləndirilməsi və zəruri təmir işlərinin aparılması üçün İnebolu limanına aparılıb.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR