İnsanlara hürriyət, millətlərə istiqlal!

Son qərarını verdi - “Qarabağ”ı gələn yaydan tez tərk etməyəcək

783 06.06.2026 15:22 İdman A A

“Qarabağ”ın legioneri Marko Yankoviç gələcəyi ilə bağlı sualı cavablandırıb.

Monteneqrolu yarımmüdafiəçi ölkəsinin “Vijesti.me” portalına açıqlamasında 1 illik müqaviləsinin qaldığını xatırladıb:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu, məni narahat etmir. İstirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

2022-ci ildən “Qarabağ”da çıxış edən 30 yaşlı əcnəbinin 2027-ci ilin iyununa qədər müqaviləsi var. Klubdan verilən məlumata görə, o, ən azı növbəti mövsümün sonunadək Azərbaycanda qalacaq.

Rəhbərlik və baş məşqçi Qurban Qurbanovla görüşən Marko bir sıra təkliflər aldığını, lakin buranı tərk etməyi düşünmədiyini bildirib.

Balkanlı ailəsinin də Bakıda yaşamaqdan məmnun olduğunu söyləyib. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR