İnsanlara hürriyət, millətlərə istiqlal!

“Stiçhed. Şirin Xoxan”ın premyerası baş tutdu  FOTO

850 15.12.2025 17:34 Şou-biznes A A

Azərbaycan dilinə dublyaj olunmuş “Stiçhed. Şirin Xoxan” animasiya filminin nümayişi baş tutub. 

Musavat.com xəbər verir ki, tədbirdə tanınmış aktyorlar və blogerlər iştirak edib: Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları.

Layihənin rəhbəri və səs rejissoru Teymur Kərimov, dublyaj və adaptasiya rejissoru isə Vüqar Hüseynovdur.

kon.jpg (189 KB)

Yeni il geyimli personajlar, kloun Aquşanın şou proqramı, uşaqlar üçün bayram akvaqrimi ilə Face Art, müxtəlif Yeni il şirniyyatları və filmin əsas qəhrəmanı - mehriban Stiçhed balaca tamaşaçıları şəxsən qarşılayaraq bayramı unudulmaz edib.

Filmin süjeti sakit qəsəbənin üzərində ucalan qalanın qülləsində dəli professorun qorxunc varlıqlar yaratması, lakin onlara tez marağını itirməsi ətrafında cərəyan edir. Yeni yaranan məxluqların qayğısı isə professorun ilk əsəri və qaladakı canlıların mehriban qoruyucusu olan Stiçhedin üzərinə düşür. Amma bir gün qonşu şəhərə səyyar sirk gəlir və hiyləgər direktor Stiçhedi aldadaraq onu qaladan uzaqlaşdırır.

Könül İbrahim
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR