Musavat.com xəbər verir ki, “Apple” şirkətinin maşın təlimi və süni intellekt strategiyasına rəhbərlik edən vitse-prezident Con Kannandrea istefa qərarı verib.
Şirkətin rəsmi press-relizinə görə, o, 2026-cı ilin yazına qədər məsləhətçi kimi fəaliyyət göstərəcək, daha sonra isə şirkətdən tam ayrılacaq.
Kannandrea 2018-ci ildən “Apple”ın süni intellekt xəttində əsas fiqurlardan biri idi. Onun gedişinin səbəbləri açıqlanmasa da, sektorda bu addım “Apple”ın AI strategiyasında ciddi dəyişikliklərin xəbərçisi kimi qiymətləndirilir.
Musavat.com






