İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa onun arxiv fotoları əsasında bərpa edilir

819 01.05.2026 12:47 Ölkə A A

Şuşa şəhərinin azad olunmasından sonra onun tarixi görkəminin bərpasında memar Elturan Avalovun şəxsi arxiv materiallarından istifadə edilir.

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Eğitim ve Kültür Derneyi”nin (Təhsil və Mədəniyyət Dərnəyi) rəhbəri Aygün Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, Elturan Avalovun arxivində 1970–1980-ci illərdə Şuşada çəkilmiş 1500-ə yaxın fotoşəkil və neqativ saxlanılır. Bu materiallar indiyədək çap olunmayıb. Məhz həmin fotoşəkillər vasitəsilə şəhərin əvvəlki tarixi görkəmini daha dəqiq müəyyənləşdirmək mümkün olub.

“Elturan Avalovun ölkəmizə bu dəstəyi əslində bir qəhrəmanlıqdır. Qəhrəman təkcə döyüş meydanında olmur. Öz sənətini layiqincə yetirən və vətən üçün olduğu meydanda da ləyaqətlə, qeyrətlə fəaliyyət göstərən insanlar da qəhrəmandır”, -deyə A. Həsənoğlu bildirib.

Şahanə Rəhimli
Musavat.com

302b3f39-ecd2-48c7-b3cb-c0464d823e63.jpg (339 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR