İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktyor qəfil vəfat etdi - FOTOLAR

1183 21.11.2025 12:30 Dünya A A

“Jamesy Boy” və “Gotti” filmlərindəki çıxışı ilə tanınan kanadalı aktyor Spenser Lofrankonun həyatına son qoyduğu xəbəri təsdiqlənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, gənc aktyorun ölümü Britaniya Kolumbiyasında hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və ölüm səbəbi hələlik açıqlanmır.

Onun qardaşı Santino Lofranko sosial şəbəkədə paylaşdığı mesajla Spenserin çərşənbə axşamı dünyasını dəyişdiyini bildirib və qardaşını sevgi dolu sözlərlə anıb.

Spenser Lofranko gənc yaşlarından aktyorluğa maraq göstərirdi. O, özünü daim ətrafdakılara pozitiv enerji bəxş etməyə çalışan, zarafatcıl və diqqət çəkməyi sevən biri kimi xarakterizə edirdi. Ailəsinin onun peşəkar idmançı və ya hüquqşünas olmasını istəməsinə baxmayaraq, o, 17 yaşından kino sənayesinə qədəm qoymuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR