İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

8400 29.12.2025 10:58 Şou-biznes A A

"Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, meyxanaçının səhhətində qəfil problem yaranıb.

O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, Vüqar Qobulunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi:

"Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım".  

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR