İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi zərbə: ən təhlükəli narkobaron sıradan çıxarıldı VİDEO

1220 22.02.2026 23:38 Dünya A A

Meksikanın Xalisko ştatında bu səhər həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində ölkənin və regionun ən təhlükəli narkotik liderlərindən birinin zərərsizləşdirildiyi bildirilir. Söhbət “El Menço” ləqəbi ilə tanınan məşhur narkobaron, Nemesio Oseguera Cervantesdən gedir.

Musavat.com xəbər verir ki, yerli və beynəlxalq mənbələrin yaydığı məlumata əsasən, əməliyyat Xaliskoda səhər saatlarında baş tutub. İlkin məlumatlarda bildirilir ki, əməliyyatı Meksikanın federal təhlükəsizlik qüvvələri həyata keçirib. Bununla yanaşı, bəzi mənbələr ABŞ xüsusi xidmət orqanlarının kəşfiyyat dəstəyi göstərdiyini iddia edir. Lakin Vaşinqton və Mexiko rəsmiləri bu barədə hələlik rəsmi təsdiq verməyiblər. 

CJNG-yə ağır zərbə

“El Menço” uzun illərdir Meksikanın ən qəddar və ən güclü narkokartellərindən biri hesab olunan Jalisco New Generation Cartel (CJNG) qruplaşmasına rəhbərlik edirdi. Kartel ABŞ bazarına xüsusilə sintetik narkotiklərin, o cümlədən fentanilin ötürülməsində əsas fiqurlardan biri sayılırdı.

ABŞ hakimiyyəti onun tutulması üçün milyonlarla dollar mükafat elan etmişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR