İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdən dəhşətli xəbər - tələbə edam olunacaq!

964 11.02.2026 22:55 Dünya A A

Yanvarın 9-da Təbriz bazarı ərazisində həbs edilən Təbriz İncəsənət Universitetinin sonuncu semestr tələbəsi Əhmədrza Əfşari-Nejad edama məhkum edilib.

Musavat.com-un məlumatına görə, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumatda bildirilir ki, tələbə silahdan istifadə etməklə ölkənin milli təhlükəsizliyini hədəf almaqda ittiham olunub.

Gunaz.tv-nin yaydığı məlumatda bildirib ki, Əhmədrza Əfşari-Nejad, hazırda Təbriz mərkəzi həbsxanasında saxlanılır və hakimiyyət orqanları onu saxta ittihamları etiraf etməyə məcbur edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp etirazçıların edam olunacaqları halda, İrana zərbələr endiriləcəyi barədə xəbərdar etmişdi. Məhz bundan sonra İran rejimi edam hökmlərinin icrasını dayandırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR