İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran ilk 72 saatın planını açıqladı: İran üçün qaçılmaz mərhələ başlayır

798 20.02.2026 01:03 Dünya A A

İran hərbi komandanlığı mümkün qarşıdurmanın ilk üç gününü həlledici mərhələ hesab edir.

Musavat.com xəbər verir ki, Al-Arabiya-nın yaydığı məlumata görə əsas məqsəd ilk zərbələr zamanı idarəetmə sisteminin şoka düşməsinin qarşısını almaq və müdafiə strukturunun dağılmasına imkan verməməkdir.

Tehranın hesablamalarına görə, əgər ölkə ilk 72 saat ərzində hücumlara tab gətirə bilsə, növbəti mərhələlərdə vəziyyət daha sabit olacaq və əməliyyatların idarəsi asanlaşacaq. Bu mərhələdən sonra İranın daha koordinasiyalı cavab addımlarına keçə biləcəyi düşünülür.

Komandanlıq əsas hədəf kimi ABŞ aviadaşıyan gəmilərini müəyyən edib. Lakin hərbi dairələr anlayır ki, belə platformanı sıradan çıxarmaq yalnız ardıcıl və yüksək dəqiqlikli hipersonik raket zərbələri ilə mümkündür.

Beləliklə, planın mahiyyəti ilk mərhələdə dözümlülük qazanmaq, daha sonra isə strateji hədəflərə sistemli zərbələr endirməkdən ibarətdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR