İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda müharibə hazırlığı... Hərbçilər xəstəxanada toplandı

887 19.02.2026 18:50 Dünya A A

Regionda eskalasiya ehtimalının artdığı bir vaxtda Tehranda xəstəxanada hərbçilərin gizli görüş keçirdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə "Iran International" tibb müəssisəsinin əməkdaşına istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, son günlər ərzində bir neçə hərbi komandan və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) nümayəndəsi Tehrandakı xəstəxanalardan birinin binasında gizli görüşlər keçirib. Onların mühafizə ilə müşayiət olunması və tibbi fəaliyyətlə bağlı olmayan iclasların təşkili personal arasında narahatlıq yaradıb.

Bununla yanaşı, Şiraz, Qorqan və Tehran da daxil olmaqla bir sıra şəhərlərdə silahlı qüvvələrin xəstəxanalarda yerləşdirilməsi, hətta bəzi hallarda tibb müəssisələrinin damlarından etirazçılara atəş açılması barədə məlumatların yayıldığı bildirilir.

Bu iddialar, eləcə də hərbi rəhbərlərin xəstəxanalarda görüş keçirməsi ilə bağlı yeni xəbərlər təhsil və səhiyyə obyektlərinin təhlükəsizlik və hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR