İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan dünyaya sərt mesaj: "Raketlərimizə toxunanın əlini kəsərik"

834 11.02.2026 12:35 Dünya A A

İranın xarici siyasət idarəsinin rəhbəri ölkənin müdafiə sənayesi və raket proqramı ilə bağlı geri addım atmayacaqlarını bəyan edib.

Xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, İranın hərbi gücü heç bir halda müzakirə mövzusu ola bilməz.

Musavat.com xəbər verir ki, nazir ölkənin raket arsenalını "qırmızı xətt" adlandırıb.

Əraqçi beynəlxalq təzyiqlərə cavab olaraq fikirlərini bu cür kəskinləşdirib:

"Bizim raketlərimiz danışıqlar predmeti deyil və heç vaxt olmayacaq. Heç kim bizim raketlərimizə ən kiçik şəkildə belə qəsd edə bilməz".

Bundan əlavə, nazir Qərb ölkələri ilə aparılan müzakirələrin gələcəyinə də toxunub. O, növbəti danışıqlar raundunun hələ müəyyənləşmədiyini qeyd edərək, Tehranın öz mövqeyində qətiyyətli olduğunu nümayiş etdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR