Almaniyanın Tehrandakı səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Almaniyadakı İran əleyhinə hərəkatlar və hökumət rəsmilərinin İslam Respublikasına qarşı dağıdıcı hərəkətləri ilə əlaqədar olaraq, Almaniyanın Tehrandakı səfiri Aksel Dittman Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusifi tərəfindən çağırılıb. Ona ölkəmizin kəskin etirazı çatdırılıb".
![]()
Musavat.com






