İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Vaşinqtona "açıq təhdid": "Tramp kompromis və müharibə arasında seçim etməlidir"

919 05.02.2026 16:49 Dünya A A

İran rəhbərliyi bölgədə artan gərginlik və ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursu fonunda hərbi hazırlıq və strateji seçim barədə sərt bəyanatlar yayıb.

Musavat.com xəbər verir ki, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti "Hizbullah"ın baş katibi Naim Qasimə ünvanladığı rəsmi məktubda İslam Respublikasının istənilən xarici təhdidə qarşı "tam hazır" olduğunu bildirib. Vilayəti İranın müqavimət cəbhəsinin əsas istinadgahı olduğunu vurğulayaraq, ölkəsinin heç bir dövlətə qarşı təcavüzkar niyyətinin olmadığını, lakin xüsusilə ABŞ və İsraildən gələ biləcək hər hansı düşmən addımına qətiyyətlə müqavimət göstərməyə hazır olduqlarını qeyd edib.

Eyni zamanda, İran ordusunun rəsmi nümayəndəsi Əmir Əkraminiya hərbi müstəvidə daha konkret xəbərdarlıqlar səsləndirərək, ABŞ-ın regiondakı hərbi bazalarının İranın zərbə radiusu daxilində olduğunu və son dərəcə zəif vəziyyətdə qaldığını diqqətə çatdırıb. O, Amerikanın hərbi obyektlərinə çıxışın İran üçün "olduqca asan" olduğunu iddia edərək, ABŞ Prezidenti Donald Trampı həlledici seçim qarşısında qoyub. Əkraminiyanın sözlərinə görə, mövcud vəziyyətdə müdafiəyə tam hazır olan İran qarşısında Vaşinqton administrasiyası ya kompromisə gedərək diplomatik razılaşmanı seçməli, ya da qaçılmaz müharibə riskini üzərinə götürməlidir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR