İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefon alanlar üçün yeni şərt: məcburidir

4625 12.02.2026 00:24 Dünya A A

Rusiya hökuməti elektron cihaz bazarında yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, ölkədə satılan smartfon və digər elektron qurğulara yerli süni intellekt sistemlərinin məcburi şəkildə əvvəlcədən quraşdırılması planlaşdırılır. Bu norma hazırlanmaqda olan “Süni intellektin tənzimlənməsi haqqında” qanunda əksini tapacaq.

Məlumata görə, sənəd Rusiya Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanır və fevralın sonunadək hökumətin razılaşdırmasına təqdim ediləcək. Hakimiyyət nümayəndələri bildirirlər ki, məqsəd yerli texnologiya şirkətlərini dəstəkləmək və ölkənin “texnoloji müstəqilliyini möhkəmləndirmək”dir.

Baş nazirin müavini Dmitri Qriqorenkonun komandası hesab edir ki, yerli servis və neyroşəbəkələrin öncədən quraşdırılması vətəndaşlara “keyfiyyətli milli rəqəmsal xidmətlərdən istifadə imkanı” yaradacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR